Londonda zəhərlənən Skripalın oğlu ötən il müəmmalı şəkildə ölüb


QRU-nun keçmiş polkovniki, Britaniyada qızı ilə birgə zəhərlənməsi ilə bütün dünyada məşhurlaşmış Sergey Skripalın oğlu Aleksandr 2017-ci ildə çox qəribə hadisələr nəticəsində ölüb.

2017-ci ilin iyul ayında Aleksandr Skripal yaxın rəfiqəsi Anna Nikiforova ilə birlikdə qatarla Sankt-Peterburqa maşın almağa yollanıb. Yolda qəflətən Aleksandrın qaraciyər sirrozu kəskinləşir və onu vağzaldan birbaşa Mariino xəstəxanasına çatdırırlar. Aleksandr Skripalın tibbi sığorta polisi olmaması üzündən ona tibbi yardım tam həcmdə göstərilməyib. Aleksandr özünə gəlməyərək dünyasını dəyişib.Virtualaz.org


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.