Qadınlar bu səbəblərdən xəyanət edir


Qadınların xəyanət etməsinə səbəb nədir? Vəfalı qadını, qayğıkeş ananı bu addımı atmağa nə vadar edir? Bəlkə ailəsində tapmadığını kənarda axtarır bu qadın? Əslində, səbəblər çox deyil.​

1.Emosional dəstəyin çatışmazlığı. Hər qadının diqqət və qayğıya ehtiyacı vardır. Kişilər isə çox vaxt bir dəfə dediyi xoş sevgi sözlərini niyə dəfələrlə təkrar etməli olduqlarını anlamırlar. Bundan əlavə ev işlərində məsuliyyətin böyük qismi qadının üzərində olur və kişilər bunu adi hal kimi qəbul edir. Belə alınır ki, qadın bütün gün işdə olur, daha sonra evdə yemək bişirir, uşaqların dərsi ilə məşğul olur – və qarşılığında bir kəlmə minnətdalıq eşitmir.

  1. Kişilər “Nəyə görə təşəkkür etməliyəm – deyəcəklər. Bu onun işidir” Amma bu məqamda həmin qadının qarşısına başqa diqqətli, həssas, səliqəli biri çıxacaq. Qadının yeni saç düzümünü, təzə geyindiyi paltarı diqqətindən qaçırmayacaq, onun dərdinə ortaq olacaq, özünə olan inamını artıracaq. Məhz həyatına romantikanı qaytarmaq üçün qadın xəyanət edəcək, seksual münasibətlər isə onun üçün ikinci yerdədir. Elə bu məqamda qadın xəyanət edərkən kişilərin verdiyi ilk sual “Sən onunla yatmısan?”, kişilərin xəyanət etdiyini öyrənən qadın isə “Sən onu sevirsən?” olacaqdır.

  2. Seksual münasibətlər. Bu səbəb də qadını xəyanətə sürükləyə bilər. Bunun günahı isə həm qadın, həm onun həyat yoldaşındadır. Əgər kişi qadının seksual tələbatını ödəməsə, qadın gec-tez ona xəyanət edəcəkdir. Lakin çox zamana qadın bu şəraiti özü yaradır, çünki həyat yoldaşına bu haqda heç nə demədən problemi başqa yolla həll etməyə çalışır.

  3. Qisas – xəyanətin səbələrindən biridir. Bu addımı kişinin xəyanətindən xəbər tutan qadınlar atır. Öz hisslərində yanıldığını anlayan qadın “Sən mənə necə, mən də sənə elə” deyib xəyanət edir. Bu addımı atan qadınlar daha sonra həyatlarının bu epizodunu utancla xatırlayırlar.

  4. Yeni məhəbbət. Qadın özü də bilmədən başqasını ürəkdən sevir, lakin ailəsini tərk etmir. Çünki həyat yoldaşının və uşaqlarının qarşısında özünü günahkar sayır və özü öz xoşbəxtliyindən imtina edir.

  5. Daha bir neçə səbəb gətirmək olar: həyat yoldaşının patoloji qısqanclığı, onun pis vərdişləri, psixoloji təziq, yenilik axtarışı. Məhəbbətsiz qurulmuş ailə həyatı da xəyanət üçün səbəb ola bilər.

Odur ki,kişilər belə məsələlərə diqqətli olmalıdırlar.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.