top of page

Tbilisidə Azərbaycanda qadın dəbi meyarları təqdim olunacaq


Tbilisidə “Zaman içində defile: Azərbaycanda qadın dəbi meyarları” sərgi layihəsinin təqdimatı olacaq.

Azadpress.az xəbər verir ki,20- 26 aprel 2018-ci il tarixlərində fotoqraf Rüstəm Hüseynovun fotoportretlərindən ibarət layihə ənənəvi qadın geyim xüsusiyyətlərinə həsr olunub.

Layihənin açılış tədbiri 20 aprel tarixində Tiflisdə fəaliyyət göstərən M. F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində keçiriləcək.

Sərgi layihəsinin konsepsiyası Azərbaycanda qadın dəbinin zaman içindən keçərək inkişaf edib müasir kontekstdə öz əksini tapma prosesini tarixi azərbaycanlı geyimlərinin ən maraqlı parçalarını müasir vasitələrlə günümüzdə nümayiş etdirməyə yönəldilib. Kurator Könül Rəfiyeva bildirib ki, aktual olan milli mənsubiyyət məsələsinə Azərbaycan qadınının xarici görünüşü prizmasından baxmaq lazımdır.

“Zaman içində defile: Azərbaycanda qadın dəbi meyarları” çərçivəsində dizayner N. Əliyevanın gündəlik geyim tərzində etno stilə yenidən artmaqda olan maraq kontekstində ənənəvi qadın geyimlərinin müxtəlifliyini vizuallaşdıran «Neo Classic Love» kolleksiyasında Azərbaycan qadınının ənənəvi simasını əks etdirən fotoşəkillər nümyiş etdiriləcək. Qeyd edək ki, M.F.Axundov muzeyi Vaxtang Gorgasali 17 ünvanında yerləşir. GAXA


bottom of page