top of page

"Jurnalistin döyülməsi polis tərəfindən araşdırılır"-Baş redaktor


Azadpress.az xəbər verir ki, Unikal qəzetinin baş redaktoru Asəf Rzayev jurnalistin döyülməsi ilə bağlı danışarkən belə deyib.

O bildirib ki.Famil Fərhadoğlunun peşə fəaliyyətini yerinə yetirərkən səhiyyə nazirinin işarəsilə döyülməsi faktı ilə bağlı cənab daxili işlər nazirinə və cənab Baş prokurora müraciət edib:

"Bu fakt Yasamal rayon 28-ci Polis Bölməsində təhqiqatçı Azər müəllim tərəfindən araşdırılır. Təəssüflər olsun ki, bu günə qədər jurnalisti döyən şəxslər məsuliyyətə cəlb edilməyib. Ancaq bir saat əvvəl 28-ci Polis Bölməsindən bizimlə əlaqə saxlayaraq dedilər ki, jurnalisti döyən şəxslər polisə gətirilir. Yəqin ki, gün ərzində üzləşmə olacaq. Hesab edirəm ki, mənim müraciətimdən sonra polis və prokurorluq orqanları bu fakta ciddi yanaşacaq. Ümid edirəm ki, son nəticədə jurnalisti döyən şəxslər cəzalandırılacaq"

Baş redkator bildirib ki,jurnalisti döyən şəxslər şəxsən redaksiyaya gəlib üzr istəməlidirlər. Səhiyyə Nazirliyi ilə isə hər hansı bir konfliktləri olmayıb.

"Mənim indiyə qədər Səhiyyə Nazirliyini tənqid edib, onların informasiyasını verməyim kimi bir dərdim olmayıb. Sadəcə, bizim əməkdaşımız peşə fəaliyyətini yerinə yetirərkən hücuma məruz qalıb. Biz də bunu ictimailəşdirmişik. Mənim səhiyyə naziri ilə nə əlaqəm, nə də konfliktim olub"-deyə,Asəf Rzayev əlavə edib. Azadpress.az


bottom of page