top of page

Nizami Cəfərov lüğət tənqidçilərinə "araqarışdıran"dedi-QALMAQAL


“Arxada” dayanaraq ara qarışdırıb ziddiyyət yaratmaqla öz nüfuzlarını qoruyub saxlamağa çalışanlara, belələrinin də aqibəti irəlicədən hər kəsə məlumdur...

Azadpress.az xəbər verir ki,bu sözləri akademik Nizami Cəfərov yeni “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüy”ünü tənqid edənlərə cavab məqaləsində yazıb.Akademik yazsına belə başlayıb:

"Azərbaycan Tərcümə Mərkəzinin keçən ilin sonlarında nəşr olunmuş “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüy”ü mütəxəssislər arasında həm böyük maraq doğurmuş, təqdirlə qarşılanmış, həm də müəyyən mübahisələrə rəvac vermişdir ki, bu, tamamilə təbiidir..."

Daha sonra AMEA Nəsimi adına Dilçilik İnstitutu Tətbiqi dilçilik şöbəsinin əməkdaşlarını kəmsavad adlandırıb:

"Ən təhlükəli məqam odur ki, AMEA Nəsimi adına Dilçilik İnstitutu Tətbiqi dilçilik şöbəsinin bəzi əməkdaşları “Sözlüy”ün təcrübəsini öyrənmək əvəzinə, müxtəlif mətbuat səhifələrində kəmsavad yazılarla çıxış edib onu (“Sözlüy”ü) gözdən salmağa çalışırlar. Həmin əməkdaşlardan biri Tərcümə Mərkəzinin təşəbbüsünə münasibət bildirərkən Mərkəzin “araşdırmaları” (dırnaqda!) ifadəsini işlədərək guya görülən işlərə öz aləmində rişxənd edir... Və bununla da, kifayətlənməyib özündə “Sözlüy”ün tərtibçisinə dərs vermək cəsarəti tapır" Azadpress.az


bottom of page