top of page

18 qadının rənglər dünyasına səyahət


Aprelin 16-da Port Baku Mall Qalereyasında 18 xanım rəssamın əsərlərindən ibarət rəsm sərgisi keçirilib.

Sərgini istedadlı rəssamların şəhərimizin mədəni palitrasına daha bir töhfəsi adlandırmaq olar. Sənətşünaslar deyir ki,qadınlar “bəşəriyyətin gözəl yarısı”nın –hər cür yaradıcılıq proseslərinin ilhamvericisi olan qadınların yüksək mənəvi missiyasını çox gözəl şəkildə əks etdirən “Təbiət, Qadın və Gözəllik” mövzusunu əsas konsepsiya olaraq seçiblər. Rəssamlar öz işlərində müxtəlif üslub və texnikalardan istifadə edib, kətan üzərində müxtəlif yaş kateqoriyası və ruh halına malik qadınları təsvir etsələr də, yaradıcılıq yüksəlişində ümumi təmas və vəhdət nöqtələrini tapa biliblər.

Sərgidə Turan Muxtarzadə, Ellada İsmayılova, Kəmalə Əliyeva, Lalə Şükürova, Səadət İsayeva, Marta de Quesada, Jasmin Frakassetti, Jalə Həsənova, Kubra Vəliyeva, Nərmin Sadıqova, Şamirə Ağayeva, Ayla Ağayeva, Məryəm Şirin, Gülnar Əliyeva, Pakize Kılınc, Aidə Ağayeva, Ayşə Qurbanovanın əsərləri nümayiş etdirilib.

Sərginin təşkil olunmasında “HOMS” Qrupu Səfir Xanımları Cəmiyyəti və Beynəlxalq Qadınlar Klubu (IWC) dəstək verib. Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page