Banklarda kifayət qədər valyuta var


Azərbaycanda banklarda valyuta çatışmazlığı yoxdur.

Azadpress.az xəbər verir ki,Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov belə deyib.

Onun dediyinə görə,Mərkəzi Bank bankları vaxtında valyuta ilə təmin edir:

"Türk lirəsi və rus rublunun məzənnəsinin ABŞ dollarına nisbətdə müşahidə edilən volatilliyi Azərbaycanda da müəyyən psixoloji gərginlik yaradıb. Lakin bu, sadəcə psixoloji amildir, təşvişə səbəb yoxdur".Azadpress.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.