Sabiq daxili işlər naziri İsgəndər Həmidov bu sözləri “Yeni Müsavat”a müsahibəsi zamanı bildirib.
Azadpress.az xəbər verir ki,İsgəndər Həmidov İrəvanda baş verən çaxnaşmadan bəhrələnməyi təklif edib:
“Belə fürsətlər bizim əlimizə çox düşüb. Bundan əvvəl də seçkilər ərəfəsində Serj Sərkisyan Dağlıq Qarabağdakı qoşunu İrəvana çağırmışdı, onda əsl məqam yetişmişdi. Bu günlərdə də vəziyyət çox gərgindir. Ermənistanın döyüşən hissələri Dağlıq Qarabağdadır, onları geri çağıra bilərlər. Sözsüz ki, yenə də işğal altındakı ərazilərdən hərbi qüvvələri Ermənistana çağıracaqlar. Çünki Sərkisyan özü Dağlıq Qarabağdandır. Ermənistanda bunlara ”aziki" deyirlər. Sərkisyanın, Köçəryanın inandığı hərbçilər də Dağlıq Qarabağda olanlardır. Getdikcə ara qarışanda Dağlıq Qarabağdakı qoşun hissələrini Ermənistana aparacaqlar. O zaman Azərbaycan hakimiyyəti hərbi əməliyyatlara başlaya və ərazilərimizi azad edə bilər".Azadpress.az