Müğənni Elnarə Xəlilova 5-ci uşağını doğacaq


Azadpress.az xəbər verir ki,Elnarə Xəlilova bunu müsahibəsində deyib.

Jurnalistin “Qəhrəman ana” adı və 3 otaqlı ev istəyirsiniz. Bununla bağlı sizlə əlaqə saxlayan oldu? sualına belə cavab verib:

"Evi 4 otaqlı istəyirəm. 3 otaqlı istəyəndə 4 uşağım vardı. Qəhrəman ana olmaq üçün gərək 5 uşağım olsun. 4 otaqlı ev versələr, 5-ci uşaq haqqında düşünərəm"

"Kilolarım hələ üzərimdədir, arıqlamağa çalışıram. 70 kilodan düşmür. Bəzi paltarlarda kilom bəlli olur deyə hamilə olduğumu düşünürlər. Hər zaman kiloma uyğun geyinirəm. Artıq kilolarımı gizlədirəm. bəzən isə elə paltar bəyənirəm ki, kilomdan asılı olmayaraq geyinirəm. O zaman da “Elnarə hamilədir” deyə xəbərlər yazırlar. Belə də ki, əri olan doğmalıdır. Qismət olsa, 5-cini də dünyaya gətirərəm. Bir qızım var, 3 oğlum. Qızıma bacı lazımdır"-,deyə,müğənni bildirib.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.