
Ermənistanın işğalçı ordusu Ağcabədi sakinini yaralayıb Azərbaycan ərazilərini işğal altında saxlayan erməni silahlı bölmələri bu gün Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub. Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən düşmən tərəfindən açılan atəş nəticəsində qəlpə yarası alıb. Xəstəxanaya yerləşdirilən R. Hacıyevin vəziyyəti ağırdır. Azadpress.az