top of page

Azərbaycanda 18 yaşlı qızlar da abort olunub


Bir il ərzində Azərbaycanda 37 618 qadın abort olunub.

Azadpress.az xəbər verir ki,Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova belə deyib.

Baş mama-ginekoloqun sözlərinə görə, həmin qadınlar əsasən 18-25 yaşlı qadınlar olub: "Heç bir qadında abortdan sonra fəsadlaşma baş verməyib, yəni ölüm halı qeydə alınmayıb".

Abortların rəsmi olaraq stasionarda qeydiyyata alındığını deyən S.Məmmədova əlavə edib ki, nadir hallarda 18 yaşına çatmayan qadınlarda abort faktı olub: "Bunun da sayı keçən il çox az-5 nəfər olub".


bottom of page