top of page

"Volkswagen" loqosunu yenə dəyişir


Almaniyanın avtomobil istehçısı “Volkswagen” şirkəti gələn ildən loqosunu dəyişəcək.

Azadpress.az xəbər verir ki, bu barədə şirkətin brend üzrə marketinq meneceri Yoxen Zenqpiel (Jochen Sengpiehl) məlumat verib.

Onun sözlərinə görə, yeni loqo elektrik enerjisi ilə işləyən avtomobillərin istehsalına başlandığında tətbiq olunacaq. Şirkət bu istiqamətə 20 mlrd. avro və yaxud 25 mlrd. ABŞ dolları xərcləmək niyyətindədir.

Xatırladaq ki, əsası 1938-ci ildə qoyulmuş “Volkswagen” sonuncu dəfə loqosunu 2012-ci ildə dəyişib.Report


bottom of page