top of page

Erməni lobbisi bloqer Aleksandr Lapşini himayə edir


Bir neçə il əvvəl Azərbaycan Respublikasına qanunsuz daxil olan və işğal altında olan Dağlıq Qarabağa səfər etdiyinə görə həbs olunan Aleksandr Lapşin anti-Azərbaycan ritorikasından əl çəkmir.

Azadpress.az xəbər verir ki,Rusiya və İsrail vətəndaşı olam bloqer Lapşin bu gün İrəvana gəlib.Jurnalistlər qarşısında çıxış edən Aleksandr Lapşin yenə provakasiya yaradıb.Lapşin Azərbaycan əleyhinə şüarlar səsləndirib.Böhtan və təhqir dolu çıxışı ilə gündəmə gələn bloqer deyib ki,Azərbaycanı məhkəməyə verib təzminat istəyəcək.O,çıxışında etiraf edib ki,bu hərəkətləri erməni lobbisinin dəstəyi və himayəsi ilə həyata keçirir.

Xatırladaq ki,A.Lapşin "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikasının qanunlarının tələblərini kobud surətdə pozaraq ölkəmizin mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal altındakı ərazilərimizə daxil olub. O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə özünün "http//puerrtto.livejournal.com" internet səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistan ilə yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 2016-cı il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal altındakı ərazilərimizdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.

A.Lapşin Azərbaycan tərəfinin tələbi ilə Belarus Respublikası hüquq mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb və Azərbaycana gətirilmişdir.Burada bir neçə ay təcridxanada saxlanıldıqdan sonra Azərbaycan prezidenti onu əfv etmişdir.Azadpess.az


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page