Gürcüstanda azərbaycanlının evinə qumbara atılıb


Marneulinin azərbaycanlıların kompakt yaşadığı Yuxarı Saral kəndində kənd sakini Qurban Qocayevin evinə qumbara atılıb.

Azadpress.az xəbər verir ki, hadisə nəticəsində Q. Qocayevin evinin divarları, pəncərələri və minik avtomobilinin şüşələri zədələnib.

Xoşbəxtlikdən evdə olan ailə üzvlərinə heç nə olmayıb. Hadisə dünən gecə baş verib.

Hadisəni törədənin kimliyi məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə işçiləri, patrul xidməti və ekspertlər cəlb olunub. Baş verən faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.GAXA


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.