top of page

Vətəndaşlar Yol polisindən narazıdır-Ombudsman


Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ötən il Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) ünvanına daxil olmuş müraciətlərdə vətəndaşlar yol patrul xidmətinin əməkdaşları tərəfindən təhqirə və kobud davranışa məruz qaldıqlarını, qanunsuz olaraq saxlanıldıqlarını, sənədlərinin qaytarılması və ya cərimənin tətbiq edilməməsi üçün pul tələb olunduğunu, əsassız cərimə olunduqlarını və inzibati xəta haqqında protokol tərtib edildiyini, müraciətlərə cavab verilmədiyini, baş vermiş yol-nəqliyyat hadisəsinin qeyri-obyektiv araşdırıldığını bildiriblər.

Azadpress.az xəbər verir ki, Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində bildirilib.

Müraciətlərin təhlili bu sahədə mövcud olan bəzi problemlərin qarşısının alınması istiqamətində təsirli tədbirlər görülməsini tələb edir.Azadpress.az


bottom of page