Azadpress.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In deyib ki,nüvə sınaqlarını dayandırmaq qərarı müvəqqətidir və nüvə texnologiyasından imtina edilməyəcək. Qeyd edək ki, dünən yayılan məlumata görə, aprelin 21-dən etibarən Şimali Koreya nüvə sınaqları və qitələrarası ballistik raketlərin buraxılmasını dayandırır. Həmçinin ölkənin şimalındakı nüvə poliqonunun fəaliyyəti dondurulur. Şimali Koreya bu addımı ilə Donald Trampın Kim Çen Inla görüşü ərəfəsində xoş məramını ifadə edib.