Azərbaycanda daha iki alpinist itkin düşüb-TƏCİLİ


Azadpress.az xəbər verir ki, söhbət alpinizim idman növü ilə məşğul olan Nüsrət Nəzərzadədən və onun dostu Aqil Təbirlidən gedir. Bu barədə saytımıza itkin düşən gənclərin yaxınları məlumat veriblər. Belə ki, Sumqayıt şəhərində yaşayan gənclər aprelin 18-də günorta radələrində məşq etmək üçün rezin qayıqla Xəzər bağları istiqamətinə yollanıblar. Həmin tarixdən etibarən adıçəkilən gənclərdən xəbər yoxdur. Hadisə ilə bağlı FHN və 102 xidmətinə məlumat verilib. Sahil ətrafında axtarış aparılsa da, bu, heç bir nəticə verməyib. Yenicag