top of page

Lənkəranda Beynəlxalq Yer Kürəsi Günü qeyd edilib


22 aprel Beynəlxalq Yer Kürəsi Günü Azərbaycanda da qeyd edilib.

Lənkəran rayon "Çay fabriki " qəsəbə tam orta məktəbinin müəllim-şagird heyəti Hirkan Milli Parkın səyahət ediblər. Məktəblilərə bu günün əhəmiyyəti barədə məlumatlar verilib. Hirkan Milli Parkınınn bələdçiləri şagirdləri parkın ərazisi ilə tanış edərək onlara burda olan flora və fauna növlərini təqdim ediblər.

Daha sonra məktəblilər Beynəlxalq Yer Kürəsi Günü ilə bağlı hazırladıqları inşaları səsləndirib və əl işlərindən ibarət nümunələri sərgi şəklində nümayiş etdiriblər.

Tədbirin sonunda fərqlənən şagirdlərə Fəxri Fərman və hədiyyələr təqdim olunub. Tədbirin keçirilməsində məqsəd məktəbliləri ölkəmizin təbiəti ilə tanış etmək, biomüxtəlifliyin qorunmasını onlara aşılamaq olub.Azadpress.az


bottom of page