Təhsil üzrə ekspert Etibar Əliyev akademik Nizami Cəfərova irad tutub:
"AMEA əməkdaşlarının cavabları kifayət qədər tutarlı idi. Amma mənə qəribə gələn o oldu ki, adının və soyadının “sözlüyə” redaktor yazılmasına baxmayaraq, Nizami müəllim söhbətin nədən getdiyini bilmir. Mövqeyi isə təzadlıdır və özü-özünü inkar edir, hətta sözlüyün AMEA-nın orfoqrafiya lüğətindən “düzəldildiyini” də boynuna alır"
Qey edək ki,ötən həftə akadmeik Nizami Cəfərov yeni “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüy”ünü tənqid edənlərə cavab məqaləsində "araqarışdıran" demişdi.