Ermənistanda davam edən kütləvi etirazlardan sonra bu gün deputat Nikol Paşinyan baş nazir Serj Sərkisyanın görüşmək barədə çoxsaylı xahişlərinə cavab verib. Azadpress.az xəbər verir ki, Serj Sərkisyanla Nikol Paşinyan İrəvandakı “Armenia-Mariott” otelində görüşüblər. Görüş Paşinyanın istəyi ilə çoxsaylı jurnalistlərin iştirakı ilə keçirilib və cəmi bir neçə dəqiqə davam edib. Planlaşdırıldığı kimi tərəflər saat 10.00-da oteldə olublar. “Biz şadıq ki, mənim çoxsaylı çağırışlarıma reaksiya verdiniz. Hərçənd mən bunu yaxşı təsəvvür etmirəm ki, onlarla jurnalistin iştirakı ilə biz nə qədər danışıqlar apara bilərik, bununla belə mən şadam”-Sərkisyan Paşinyana deyib. Cavab olaraq Paşinyan bildirib ki, burada anlaşılmazlıq var. Çünki dialoqa gəlməyib, Serj Sərkisyanın istefası məsələsini və hakimiyyətin dinc yolla ötürülməsini müzakirə etmək üçün gəlib. “Bu danışıqlar deyil, dialoqdur. Bu, sadəcə olaraq ultimatumdur, dövlətə şantajdır, qanuni hakimiyyəti şantaj etməkdir. Siz məsuliyyət dərəcənizi dərk etməmisiniz. 1 mart hadisələrindən dərs çıxarmamasınız. Və əgər bu tonda danışmaq lazım gəlirsə mən bir daha sizə məsləhət verirəm: qanuni müstəviyə keçin və məntiq çərçivəsində hərəkət edin, əks halda bütün məsuliyyət sizin üzərinizə düşəcək”-Sərkisyan cavab verib. Paşinyan isə bildirib ki, heç kim onunla təhdid dilində danışa bilməz. O, Ermənistanda vəziyyətin dəyişdiyini və hakimiyyətin xalqa keçdiyini deyib: “Siz daha baş nazir deyilsiz"
Bu sözləri eşidən Sarkisyan pərt olub və görüşü tərk edib.