top of page

Rusiya saytları Azərbaycan ordusunun hərəkətlərini yayıb


Rusiyanın regnum xəbər portalı Azərbaycan Ordusunun cəbhə bölgəsində hərəkətlərinin videosunu yayıb.

Rusiya saytı bunu qondarma Qarabağ qurumu tərəfindən yayıldığını yazıb.Lakin bu saata qədər həmin video heç bir erməni xəbər saytları tərəfinfən yayılmamışdı.Videoda hərbi texnikanın hərəkəti görüntülənib.Bunu da qeyd etmək lazımdır ki,həmin hərbi texnikanın Azərbaycana aid olması bilinmir.

Qeyd etmək lazımdır ki,son günlər Ermənistan hakimiyyəti ölkədəki iğtişaşlara son qoymaq üçün Azərbaycanın Qarabağa hücum edəcəyi ilə qorxudur.Bu məsələdə xüsusən də Rusiyada müəyyən dairələr Ermənistanın Avropaya inteqrasiya olunmaq və Rusiyadan ayrılmaq istəklərinə qarşı Qarabağ məsələsi ilə təhdid edirlər.Ermənilərin Rusiyadan imtina edəcəyi təqdirdə Azərbaycanın ildırım sürəti ilə Qarabağı azad edəcəyi ilə hədələyirlər.

Azadpress.az


bottom of page