Azərbaycanda yeni yük maşınları istehsal olunacaq


Azərbaycanda QAZ kiçiktonnajlı yük maşınlarının yığılması həyata keçiriləcək.

Azadpress.az xəbər verir ki, bu, “QAZ avtomobil zavodu” MMC və “Azərmaş” ASC arasında imzalanmış əməkdaşlıq memorandumunda nəzərdə tutulub.

Sənəd Bakıda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinin iştirakı ilə imzalanıb.

Bildirilir ki, həmin avtomobillər Hacıqabul sənaye zonasında yığılacaq.

Bundan başqa, tədbir zamanı “Şahdağ” dağ-xizək kurortu ilə Şimali Qafqaz Kurortlar Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.TREND