Azadpress.az xəbər verir ki, sabiq deputat Hüseyn Abdullayev Türkiyədə “İnterpol” vasitəsilə saxlanılıb və Azərbaycan DİN əməkdaşlarına təhvil verilib. Hüseyn Abdullayev hazırda Baş Prokurorluqda ifadə verir.
H.Abdullayev barəsində Azərbaycan CM-nin 213.2.2 maddəsi üzrə cinayət işi qaldırılıb. O,istintaqdan yayındığı üçün barəsində məhkəmənin qərarı ilə axtarış elan olunub və H.Abdullayev DİN tərəfindən dövlətlərarası və beynəlxalq axtarışa verilib. H.Abdullayev Facebookda Almaniyada yaşadığını və bu ölkədə siyasi sığınacaq aldığını yazmışdı.