top of page

Saakaşvili ermənilərə səsləndi: "Biz həmişə sizin yanınızda olacağıq"


Gürcüstanın eks-prezidenti,"qızılgül"inqilabının müəlliflərindən biri olmuş Mixeil Saakaşvili Ermənistanda baş verən hadisələrə videogörüntülü münasibət bildirib.

"Bu gün siz fəxr edə bilərsiz ki,ermənisiz.Qürurla bütün dünyaya sübut etdiniz ki, erməni xalqının ləyaqəti var, normal, insani şəraitdə yaşamaq istəyirsiz,başqalarının diktəsi ilə hərəkət etmək istəmirsiz"

Çıxışının sonunda Saakaşvili belə deyib:"Mən sizi dəstəkləyirəm,biz həmişə sizin yanınızda olacağıq"

Qeyd edək ki,Saakaşvilinin müəllifi olduğu "Dirçəliş" kitabının təqdimatı fevral Ermənistanda qadağan olunsa da,buna qədər kitab erməni gənclərinin arasında populyar idi.Kitabı Sarkisyan partiyasının siyasi rəqibi "Yelk" (Çıxış) bloku tərcümə edib Ermənistanda yayımını təşkil etmişdir.

Azadpress.az


bottom of page