top of page

Vaşinqtonda Qara Qarayevin əsərləri ifa olunub


Azadpress.az xəbər verir ki,Amerikanın əsas milli dini məbədində (Washington National Cathedral) azərbaycanlı orqan ifaçısı Cəmilə Cavadova-Spitzberqin konserti keçirilib.

Sözügedən baş kilsə hər dörd ildən bir ABŞ prezidentinin vəzifəsinə başlaması münasibətilə təşkil olunan andiçmə mərasimi də daxil olmaqla, rəsmi dini ayinlərin keçirildiyi məkandır.

Azərbaycanın ABŞ-dakı səfirliyinin yaydığı məlumata görə, Cəmilə Cavadova-Spitzbeqin konsert proqramında Yohann Sebastiyan Bax və Feliks Mendelson kimi klassik qərb bəstəkarlarının musiqisi ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərləri də səslənib. Bəstəkar Qara Qarayevin fortepiano prelüdiyasının Bakı Musiqi Akademiyasının Orqan və klavesin kafedrasının professoru Tahirə Yaqubova tərəfindən hazırlanan orqan üçün transkripsiyası, eləcə də Vasif Adıgözəlovun “Muğam-fantaziyası” ABŞ auditoriyasına təqdim edilən əsərlər sırasında idi.


bottom of page