top of page

Ermənistan vətəndaşı Kanadada terror törədib


Kanadanın Toronto şəhərində polis avtomobili piyadaların üstünə sürənin şəxsiyyəti müəyyənləşdirilib.

Azadpress.az xəbər verir ki, bu barədə “BNL News” məlumat verib. Məlumata əsasən, cinayəti törətməkdə şübhəli bilinərək saxlanılan 25 yaşlı Alek Minassiyandır. Məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

Qeyd edək ki, Kanadanın Toronto şəhərində mikroavtobusun kütləyə çırpılması nəticəsində 9 nəfər ölüb, 16 nəfər yaralanıb. Hazırda polis insidentin motivlərini müəyyənləşdirir.

***

Kanadanın Toronto şəhərində furqonu piyadaların üzərinə sürərək 10 nəfərin ölümünə səbəb olan sürücünün şəxsiyyəti müəyyənləşib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, Kanada polisi müəyyən edib ki, 25 yaşlı sürücünün adı Alek Minasyandır və o, Ermənistan vətəndaşıdır. Sürücü saxlanılan zamanı polisə silahlı müqavimət göstərib. Hüquq-mühafizə orqanları cinayətin motivləri ilə bağlı hələ ki, heç bir açıqlama vermirlər.

"Reuters" iddia edir ki, baş verən hadisənin əsas versiyası terror aktıdır.

Furqonun Yanq və Finç küçələrinin kəsişməsində insanların üzərinə sürülməsi nəticəsində 10 nəfər ölüb, daha 15-i isə yaralanıb.APA


bottom of page