Flora Kərimova:"Röya,səni sənətkar saymıram!"


Xalq artisti Flora Kərimova Əməkdar artist Röya Ayxana ünvanladığı məktubda belə yazıb.

Azadpress.az xəbər verir ki,Flora Kərimova məktubunda Röyanı sənətkar saymadığını dəfələrlə təkrarlayıb:

"Təkrar edirəm, səni sənətkar saymıram! Millət tərəfindən Azərbaycan estradasının anası sayılan, Azərbaycan estradasının 3-4 kişi banilərinin cərgəsində adı çəkilən yeganə qadın, 64 il səsi gündəmdən və dildən düşməyən, Azərbaycan musiqisinin bütün janrlarında, klassik vokaldan tutmuş muğama qədər, 15 il vokal sənətinin elminə yiyələnən peşəkar deyir! Bu, bir neçə tembrə malik, səsi ilə Azərbaycanın 90 faiz bədii filmlərində və animasiya filmlərində ölkələri gəzən və nəhayət, dünyada 4 oktavaya malik iki səsdən birinin sahibi olan Sənətkarın qiymətidir! Ehtiyac varsa, təkrar edim: sən sənətkar deyilsən və vokal sənətində böyük qüsur sayılan laxlayan səsinlə heç o zirvəyə qalxa da bilməzsən!"

Xalq artisti keçmişə də ekskurs edib iki sənətçi arasında olan səmimi və qeyri-səmimi münasibətlərini də xatırlayıb:

"Yoxsa, kişilərin atasını söyəndə, alt paltarını açıb iyrənccəsinə aləmə göstərəndə, qucaqlarda abırsız şəkillərin jurnalların üz qabığını bəzəyəndə, kürsünü vanna otağındakı unitazla əvəz edəndə, oxuduğun xalq mahnısını bayağı hala salıb yağış sözünə biədəb qafiyə qoşub dillər əzbəri edəndə, təklikdə, təkrar edirəm, təklikdə demədimmi ki, “qızım, belə olmaz, gələcəyini düşün”? Bu idimi sənin haqqını çeynəməyim? Sənə deyəndə ki, “qızım, övlad sahibi olacaqsan, qapı döyəcəksən, qapını döyəcəklər, etdiyin hərəkətlər Anaya, illah da Azərbaycan Qadınına yaraşan hərəkətlər deyil” – səhvim idi, yoxsa sənə qarşı etdiyim haqsızlıq?!"


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.