top of page

Putin Ermənistandakı vəziyyəti nəzarətə götürür


Bu gün Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Armen Sarkisyan arasında telefon danışığı olub.

Azadpress.az xəbər verir ki, Kremlin rəsmi saytı belə məlumat yayıb.

"Ermənistandakı mövcud vəziyyət müzakirə edilib. Vladimir Putin və Armen Sarkisyan böhranın qısa müddətdə aradan qaldırılması üçün ölkənin bütün siyasi qüvvələrini təmkin və məsuliyyət göstərmələrinin, mövcud problemlərin konstruktiv dialoq və Konstitusiya çərçivəsində həllinin vacibliyini vurğulayıblar”, məlumatda deyilir.

Paralel olaraq Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Moskvaya gedib.Nalbəndyanın rusiyalı rəsmilərlə Ermənistandakı son vəziyyəti dəyərləndirəcəyi gözlənilir.

Azadpress.az APA


bottom of page