top of page

Təhsil haqqında qanuna dəyişiklik ediləcək


"2009-cu ildə "Təhsil haqqında" qanunun qəbulundan sonrakı dövrdə sənədə bir sıra yeniliklərin edilməsi, bəzi dəqiqləşdirmələrin aparılması və Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasından irəli gələn vəzifələrin icra edilməsinə ehtiyac var idi".

Azadpress.az xəbər verir ki, təhsil naziri Ceyhun Bayramov belə deyib.

Nazir qeyd edib ki, bu səbəbdən "Təhsil haqqında" qanuna dəyişikliklər edilməsi ilə bağlı təkliflər paketi hazırlanıb: "Güman edirəm ki, yaxın zamanlarda "Təhsil haqqında" qanuna dəyişikliklər edilməsi ilə bağlı təkliflər paketi baxılması üçün Milli Məclisə təqdim ediləcək. Qanuna dəyişiklik ediləndən sonra təhsilin əlçatanlığı təmin ediləcək, qabaqcıl beynəlxalq təcrübə Azərbaycan təhsil sistemində tətbiq olunacaq".APA


bottom of page