Ermənistanda baş verən "məxməri"inqilabdan sonra Serj Sarkisyan artıq vurulmuş kart kimi masanın bir kəndarına atılıb.
Onun Qərblə pərdəarxası oyunları Kreml tərəfindən təqdir olunmurdu. Sarkisyan həmçinin,Rusiyadan kənar müstəqil siyasət yürütməklə prezident üsul-idarəetməsini parlament üsul-idarəçiliyinə çevirdi.Buna qədər də Sarkisyan faktiki olaraq Ermənistanda anti-Rusiya hərəkatının güclənməsinə və vüsət almasına şərait yardıb.Odur ki,Moskva da artıq onun etibarlı tərəfdaş olmadığını qəbul etmişdi.
Elə buna görə də Sarkisyan özü qurduğu oyunda uduzan tərəf olub.
Müxalifətin izdihamlı mitinqləri zamanı Sarkisyan məsələni öz xeyrinə həll etmək üçün Moskvadan dəstək ala bilməyib.Kreml Serj Sarkisyanın hakimiyyət hərisliyini ona bağışlamayıb.Beləki Sarkisyan hakimiyyəti öz xələfinə ötürmək əvəzinə hakimiyyətdə qalmağa üstünlük verib.
Millət vəkili,politoloq Rasim Musabəyov da bu fikirdədir ki,Sarkisyan Moskvanın tövsiyyələrini qulaqardına vurub:
"Moskva Sarkisyanın bu oyunlarına xeyir-dua verməyib.Rusiya öz adamını-Karapetyanı göndərmişdi,Sarkisyan idarəetməni ona ötürməli idi"
Sarkisyanın bu hərəkətləri görünür Kremlin qəzəbinə tuş gəlib və onu birbaşa Putunin dəstəyindən məhrum edib.Vladimir Putin ümimiyyətlə İrəvanda baş verənlərə münsibət bildirməyib və Sarkisyana zəng etməyib.Belə məlum olur ki,Sarkisyanın da telefon randevüsu istəyinə müsbət cavab verməyib.
Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitriy Peskov da etiraf edib ki,Putin Sarkisyanla danışmayıb.Sarkisyanla telefon danışığının olmasını soruşan jurnalistlərə belə cavab verib:
"Xeyr,prezidentin nə Sarkisyanla,nə də Karapetyanla danışığı olub"
Moskvadan dəstək ala bilməyən Serj Sarkisyan istefasını elan etməyə məcbur olub.Onun istefasından sonra ölkənin idarəçiliyi baş nazirin müavini vəzifəsində olan Karen Karapetyana keçib.
Eldəniz Cəfərov,
Azadpress.az