ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Stiv Koen bəyanatla çıxış edib və ABŞ-ın “Etnik Anlaşma Fondu” tərəfindən cari ilin 18 aprel tarixində Konqresdə Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş tədbirin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Respublikasının İsrail dövləti ilə öz tərəfdaşlığını saxladığı və gücləndirdiyi bəyanatda qeyd olunub. Bəyanatda həmçinin, bu il Azərbaycan Respublikasının müsəlman dünyasında ilk demokratik respublika qurmasının yüz illiyinin qeyd olunduğu vurğulanıb.APA