
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Tereza Mey Azərbaycan prezidenti İlham Əliyevlə ilə görüşü zamanı belə deyib.
Tereza Mey İlham Əliyevlə görüşməkdən məmnunluğunu ifadə edərək bildirib ki, Azərbaycan Prezidentinin bu səfəri iqtisadi və ticarət, enerji, təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacaq.
Böyük Britaniyanın Baş naziri SOCAR ilə BP şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında sazişin əməkdaşlığın genişləndirilməsi baxımından önəmini vurğulayıb.
T.Mey Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakına və verdiyi dəstəyə görə minnətdarlığını bildirib.