top of page

"Yoxlamalar olsa,xeyli yeyintilərə rast gəlinəcək"-Sabiq deputat


Azadpress.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri, professor Şahlar Əsgərov bildirib.

Sabiq deputat işdən çıxarılan hökumət üzvlərinin işsiz qalmayacağını söyləyib:

“Vəzifədən çıxarılan adamlar gələcəkdə Azərbaycanda orta təbəqəni formalaşdıran insanlardır. Bunun da konkret səbəbləri var. Əgər həmin şəxslərlə bağlı yoxlamalar olsa, xeyli yeyintilərə rast gəlinəcək. Dövlət də həmin pulları geri qaytaracaq. Amma nə qədər geri qaytarılsa da, həmin adamlarda pul qalacaq. Burada dövlət çalışmalıdır ki, həmin adamları Azərbaycana investisiya qoyub yeni iş yerləri açmağa yönəltsin. Ancaq dövlət bunu elə etməlidir ki, həmin adamlar könüllü şəkildə bunu etsinlər. Təsəvvür edin ki, dövlət onların əlindən pulları zorla alsa, hamısı qaçıb xaricə gedəcək. Avropada bir məşhur deyimdə deyilir ki, qazın tükünü elə yol, çığırmasın. Ona görə də elə edilməlidir ki, işdən çıxarılan nazirlər xaricə qaçmasın, pulları ölkəmizə yatırsın. Bundan əvvəl də işdən çıxarılan nazirlər var idi. Onlar vaxtilə xaricə getmişdilər, ancaq indi hamısı Azərbaycana geri qayıdırlar və burada biznes qururlar. Ona görə də mən hesab edirəm ki, dünənə qədər nazir olanlar sabah Azərbaycanda orta təbəqənin adamları olacaq”

Ölkə.az-a istinadən Azadpress.az


bottom of page