top of page

"Muğanbank"da narkotik qəbul edən işçi ölüb


Bakıda bankda ölüm hadisəsi baş verib.

Azadpress.az xəbər verir ki, hadisə bu gün saat 12:00 radələrində paytaxtın Nərimanov rayonunda, "Muğanbank"ın ofisində baş verib.

Paytaxtda təmizlik işləri ilə məşğul olan şirkətlərdən birinin əməkdaşı, bankda təmizlik aparan, 1991-ci il təvəllüdlü Yusifov Cavid Davud oglu binanın hamam otağında dünyasını dəyişib.İlkin ehtimala görə, C.Yusifov yüksək dozalı narkotik qəbul edib və maddənin təsirindən dünyasını dəyişib.Trend


bottom of page