top of page

"Nobel"çinin Radio"UNEC"dəki çıxışı Türkiyədə gündəm oldu-VİDEO


Azərbaycan prezidenti İlham Əliyevin Ankaraya səfəri Türkiyə kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

Türkiyə mətbuatı Rəcəb Tayyib Ərdoğanla İlham Əıiyevin "Bir millət,iki dövlət" şüarını artıq bir gercəyə çevirdiklərini yazıb.Türkiyə televiziyaları Ankarada baş tutan bu tarixi görüş haqqında reportajlar yayımlayıb.

Türkiyənin bütün dünyada yayımlanan ATV telekanalı iki ölkə başçılarının görüşü haqqında hazırladığı materialın ardınca "Nobel" mükafatçısı,böyük Türk alimi Aziz Sancarın Azərbaycan radiosunda bir proqrama qatıldığını və ən böyük arzusunu dilə gətirdiyini deyib. Azərbaycan Dövlət İqtisad Universitetində olan professor Aziz Sancar görmək istədiyi ən böyük arzusunu Radio UNEC dinləyiciləri ilə bölüşüb: “Həyatda ən böyük arzum Türk dünyasının birliyini görməkdir”.

ABŞ-ın Şimali Karolina Universitetinin professoru, "Nobel" mükafatı laureatı Aziz Sancar Radio UNEC-in qonağı olarkən universitetin çox bacarıqlı tələbələrinin olduğunu, burada gələcəyin "Nobel" mükafatçılarını gördüyünü xüsusi vurğulayıb və tələbələrə tövsiyyələrini verib: “Nobel mükafatını almaq önəmli deyil, önəmli olan ailənizə, ölkənizə, insanlığa faydalı olmaqdır”.Azadpress.az


bottom of page