top of page

Ermənistan hakimiyyəti geri çəkildi-Rusiya təlaşda


Ermənistan hakimiyyətinə dəstəyə gələn Rusiya Dumasının deputatları təlaş içərisində erməni kilsəsindən dəstək istəyib.Deputat Kalaşnikov erməni kilsəsinə müraciət edib ki,xalqa səslənsin və konstitusiyon hüquqlar bərpa edilsin.

Məsələ ondadır ki,Ermənistanın hakim Respublikaçılar partiyası baş nazir postu uğrunda mübarizə aparmayacağını bəyan etdikdən sonra ölkənin Rusiya nəzarətindən çıxacağından narahatdır.

Azadpress.az xəbər verir ki,Ermənistan parlamentindəki iki fraksiya etirazçı Nikol Paşinyanın tərəfinə keçdikdən sonra hakim partiyanın nüfuzlu nümayəndəsi Şarmazanov bildirib ki,partiya öz namizədini baş nazir postuna irəli çəkməyəcək.Bu,o anlama gəlir ki,parlamentdə çoxluğa sahib olan Respublikaçılar artıq hakimiyyəti müxalifətə təhvil verməyə razılaşıb.Parlamentin üç frakiyası artıq Nikol Paşinyana səs verəcəklərini bəyan ediblər.

Rusiyadan Ermənistana komissiya qismində gələn bir qrup Rusiya deputatı təcili olaraq Paşinyanla görüşüblər.Görüş zamanı deputatlar Paşinyandan KTMT və Avrasiya İttifaqı ilə bağlı zəmanət istəyiblər.Paşinyan deyib ki,Rusiya ilə münasibətlərdə sərhədlərin Rusiya ilə birgə birgə qorunması və KTMT-da qalmasını istəyir. Lakin Rusiya siyasi ekspertlərinin mediadakı çıxışlarından bəlli olur ki,Rusiya siyasi elitası Paşinyana etibar etimir və onun baş nazir seçiləcəyindən sonra Rusiya əleyhinə Qərblə sövdələşəcəyini düşünürlər.Azadpress.az


bottom of page