top of page

Azərbaycan Tacikistana diplomat hazırlayacaq


Azərbaycan Diplomatiya Akademiyasında (ADA) təhsil almaları üçün Azərbaycan hər il Tacikistan vətəndaşlarına beş kvota, eləcə də tacikistanlı diplomatların hazırlanması üçün altı kvota ayıracaq.

Azadpress.az xəbər verir ki,Tacikistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu məlumatı yayıb.

Qeyd olunur ki, bununla bağlı saziş aprelin 25-i Tacikistan Xarici İşlər Nazirliyi ilə Azərbaycan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyası arasında imzalanıb.

İmzalanma mərasimindən sonra Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soli ilə Azərbaycan xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev arasında görüş baş tutub.TREND


bottom of page