Bakıda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, paytaxtın Xətai rayonunun Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq bu gün adı çəkilən ünvanlarda saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.
Azadpress.az xəbər verir ki,Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Report"a verilən məlumata görə, alternativ olaraq sürücülər Xocalı prospekti və Nəcəfqulu Rəfiyev küçələrindən istifadə edə bilərlər.
Məhdudiyyət səhər saatlarına qədər qüvvədə olacaq.