Moskvada ara qarışdı-Minlərlə adam meydana çıxdı


Moskvada Saxarov meydanında “Telegram” messencerinin bloklanması əleyhinə mitinq başlayıb.

Son məlumatlara görə, mitinqdə 12 minə yaxın insan iştirak edir.

Aksiya iştirakçılarının arasında müxalifətçi Aleksey Navalnı, “Telegram”ın qurucusu Pavel Durov və başqa məşhur şəxslər də var.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, mitinqi təşkil edən Libertarian partiyasının təmsilçiləri bildiriblər ki, “Telegram”ın bağlanması milli biabırçılıqdır. (virtual.az)


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.