top of page

Beş min manat pulu tapıb qaytaran şagird təltif edildi


Azadpress.az xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bu haqda məlumat yayıb.

Cəsarət Valehov bildirib: "İçərisində 5 min manat pul olan pulqabını taparaq sahibinə qaytaran Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin VIII sinif şagirdi İdris Abbasovu təhsil naziri Ceyhun Bayramov örnək davranışına görə Təhsil Nazirliyinin "Təşəkkürnamə"si ilə təltif edib, planşet və kitablar hədiyyə edilib"

Qeyd edək ki, məktəbli itən pulun sahibi tərəfindən verilən mükafatdan imtina etmişdi.Azadpress.az


bottom of page