Borjomi bələdiyyəsinin ərazisində meşə yanğınları baş verib.
Azadpress.az xəbər verir ki, yanğın artıq 18 saatdan çox davam edir. Saira meşəsində baş verən yanğın getdikcə güclənir. Saira kəndi yaxınlığında quru ağaclar və otlar yanır, – fövqəladə hallar xidmətindən bildirilib.
Məlumata görə, yanğın meşənin quru odunlarında, qayalıqlarda daha çox yayılır. Borjomidə ərazisində ağır nəqliyyat vasitələri səfərbər olunur, canlı qüvvə meşə qoruğunda yanğınla mübarizə aparılır.
Borjomi merinin müavini Buba Beridzenin məlumatına görə, əlçatmayan dağ yamaclarında və daşlı-qayalı yerlərdə yanğınla mübarizə aparmaq çox çətindir: “Çətinliyə baxmayaraq, biz texnika və lazım olan qüvvələri səfərbər etmişik. Bizə əsən külək də çətinlik törədir, lakin biz meşə yanğınları ilə gərgin mübarizə aparırıq”, – B. Beridze qeyd edib.
Fövqəladə İdarəetmə Xidmətinin məlumatına görə, yanğından xilasetmə qrupları və yanğın söndürmə maşınları səfərbər edilir və bütün gecə yanğınların qarşısını almaq üçün briqadalar durmadan fəaliyyət göstərərək yanğınla mübarizə aparacaqlar.GAXA