
Mitinqdə çıxış edən Nikol Paşinyan ümumxalq tətili elan edib. Sabahdan əhalini bütün yolları bağlamağa və hakimiyyətə itaətsizlik göstərməyə çağırıb.
----
Hazırda İrəvanda kütləvi mitinq keçirilir.
Azadpress.az xəbər verir ki,toplaşanlar parlamenti kəskin tənqid edirlər.Hətta kütlə içərisində radikal çağırışlar edənlər də var.
Bu gün Ermənistan parlamenti müxalifətçi Nikol Paşinyanı baş nazir seçmədi.
Beş saat çəkən müzakirələrin son qərarını hakim Respublikaçılar partiyası verib. Partiya Paşinyanı siyasi səriştəsiz və proqramsız natiq adlandırıb.
Bundan sonra Ermənistanda müxalifət lideri Nikol Paşinyanın tərəfdarları Respublika meydanında mitinqə toplaşıblar.Paşinyan çıxış edərək hakim partiyanı provakasiyada suçlayıb.Etirazçılar Paşinyandan yeni təlimat gözləyirlər.Azadpress.az