Lift idarəsi rəisinin qızı "Space"də efirə çıxacaq


Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun 400 minlik toyu ilə məşhurlaşan videobloger qızı Aysel Şükürova"Space TV"də veriliş aparacaq.

Azadpress.az kult.az-a istinadən xəbər verir ki, A.Şükürova bu barədə şəxsi "Instagram" səhifəsində qeyd edib. O bildirib ki, aparıcısı olacağı "Mənim evim” adlı layihə 1 saat olmaqla həftə içi 5 gün yayımlanacaq.

5 qadın və onları qiymətləndirəcək münsif (qayınana və digər şəxs) heyətindən ibarət əyləncəli yarışma proqramında xanımlar bacarığını, evinə və qonağa göstərdiyi diqqəti nümayiş etdirəcək. Qalibə isə bir həftəlik Türkiyə səyahəti hədiyyə olunacaq.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.