Ermənistan müxalifətinin lideri Nikol Paşinyan baş nazir seçiləcəyi təqdirdə, ilk siyasi addımının nədən ibarət olacağını açıqlayıb.
Azadpress.az xəbər verir ki, N.Paşinyan baş nazir seçilərsə, ilk növbədə, ədalətli və şəffaf şəkildə parlament seçkiləri keçirəcəyini bəyan edib
O qeyd edib: "Etməli olduğumuz ilk iş qısa müddətdə ədalətli və şəffaf seçki keçirməkdir".
Müxalif lider əlavə edib ki, o, baş nazir olacağı təqdirdə, Ermənistanda "korrupsiyanın kökü kəsiləcək, qanunun aliliyi işləyəcək":
"İndi yeni hakimiyyətin tərkibi haqqında danışmaq tezdir. Mən sadəcə baş nazir vəzifəsinə namizədəm. Digər məsələlər barədə mən bu posta seçiləndən sonra danışarıq".TREND