top of page

Birinci sinif şagirdini döyən müəllim işdən qovuldu


Bakının mərkəzində yerləşən 189-190 saylı orta məktəbdə I sinif şagirdini döyən müəllim işdən azad olunub.

Azadpress.az xəbər verir ki, uşağın valideyni Xanım Əliyeva Facebook səhifəsində bildirib.

Valideyn məsələnin ədalətli həll olunduğuna görə Təhsil Nazirliyinə təşəkkür edib.

Xanım Əliyeva adlı valideyn iddia etmişdi ki, 189-190 saylı orta məktəbdə sinif rəhbəri I sinif şagirdini döyüb.Valideyn qızının şəklini paylaşaraq, bu sözləri yazmışdı:

"Məktəblərdə özbaşınalıq, rüşvət baş alıb gedir. Direktor da bunu bilir və göz yumur".Azadpress.az


bottom of page