top of page

Yəhudi əsilli Rusiyalı aparıcı Azərbaycanlıları təhqir edib


Rusiyanın "Exo Moskvı" radiosunun "Kod dostupa" verilişinin aparıcı Yuliya Latınina Azərbaycan xalqını təhqir edib.

Ermənistan tarixindən və erməni xalqının qəhrəmanlığından danışan Latınina Azərbaycana qarşı təhqiramiz ifadələr işlədib. O,ermənilərlə mübarizə aparan azərbaycanlılara ağılsız ruhi xəstə xalq deyib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Exo Moskvı" radiosunun efirində Azərbaycana qarşı yol verilən hörmətsizliklə bağlı radionun baş redaktoru Aleksey Venediktova müraciət edib.

Səfirimiz Polad Bülbüloğlu A. Venediktovdan baş vermiş hadisə ilə bağlı lazımı tədbirləri görməyi xahiş edib: “Mövcud vəziyyəti diqqətinizə çatdıraraq sizdən Rusiya Federasiyasının "Kütləvi İnformasiya Vasitələri haqqında" qanunu çərçivəsində lazımi tədbirləri görməyi, redaksiya tərəfindən müvafiq təkzibin yayılmasını və bütün Azərbaycan xalqından üzr istənilməsini xahiş edirəm”.Azadpress.az


bottom of page