top of page

Ermənilər Ağdamda dinc əhaliyə atəş açır


Ağdamda mülki avtomobil ermənilər tərəfindən atəşə tutulub.

Azadpress.az xəbər verir ki, hadisə mayın 2-də axşam saat 20:00 radələrində rayonun Çəmənli kəndi ərazisində baş verib.

Artezian quyularına nəzarət edən briqada kənd ərazisindəki artezyanı təmir edərkən Ağdamın işğal altındakı ərazilərindən işçilərin olduğu maşın atəşə tutulub. Avtomobildə olan işçilər çarəsizlikdən avtomobili saxlayaraq hadisə yerindən uzaqlaşıblar. Hazırda güllələnən avtomobili ərazidən çıxarmaq mümkün deyil.

Məlumatda bildirilir ki, hadisə nəticəsində xoşbəxtlikdən işçilər xəsarət almayıb.TREND


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page