
Azərbaycan və İsrail hökumətləri arasında birgə komissiyanın növbəti iclası bu ilin mayında keçiriləcək.
Azadpress.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stav İsrail Dövlətinin 70 illiyi münasibətilə mətbuat konfransında deyib.
D.Stav qeyd edib ki, İsraildə keçiriləcək iclasda iki ölkə arasında münasibətlərin gələcək inkişaf sahələrini müəyyənləşdirən protokol imzalanacaq.TREND