top of page

"Rusiya bu bölgədən çəkilmək istəyir"


Azadpress.az xəbər verir ki,sabiq xarici işlər naziri Tofiq Zülfüqarov müsahibəsində belə deyib.

Tofiq Zülfüqarov hesab edir ki,günü-gündən əhalisi azalan Ermənistan iqtisadi baxımdan Rusiya üçün heç bir maraq kəsb etmir.

"Qərbin Ermənistanda o qədər də böyük marağı yoxdur. İkincisi də mən o fikirdəyəm ki, ümumiyyətlə, Rusiya bu bölgədən çəkilmək istəyir. Çünki artıq Ermənistan Rusiya üçün həm siyasi, həm iqtisadi baxımdan mənasız bir yükə çevrilib. Təbii ki, bu yükdən özünü azad etmək Rusiya üçün aktualdır. Baxın, son on ilin ərzində Rusiya özünün hərbi kontingentində nə qədər ixtisarlar aparıb. aricdə heç bir strateji əhəmiyyətə malik olmayan, Rusiyanın müdafiəsi üçün heç bir əhəmiyyət kəsb etməyən hərbi bazanı saxlamaq da mənasız bir şeydir"-deyə,T.Zülfüqarov bildirib.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page