top of page

"Sahibkarların təklifləri hökumətə göndərilib"-Mikayıl Cabbarov


Vergilər naziri Mikayıl Cabbarov Azərbaycandakı sahibkarlarla görüşüb. Azadpress.az xəbər verir ki,görüşdə Azərbaycan Vergilər Nazirliyi ilə sahibkarlar arasında biznes dairələrini birləşdirən şuranın yaradılması razılığı əldə edilib.Bundan sonra bankların və digər maliyyə institutlarının, həmçinin başqa biznes strukturlarının bütün problemləri həmin şura çərçivəsində müzakirə ediləcək.

M.Cabbarov görüşdə sahibkarlara bildirib ki, onların Nazirliyə ünvanladığı təkliflərin əksəriyyəti müsbət qiymətləndirilib və bu təkliflər qruplaşdırılaraq müzakirə üçün hökumətə göndərilib.

Görüşdə Azərbaycan Sığortaçılar Assosiasiyası(ASA),Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK),Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri, audit şirkətlərinin, bankların rəhbər şəxsləri iştirak edib.


Saytdakı materiallardan istifadə edərkən istinad etmək vacibdir.

bottom of page